...

Osventsimin ən qoca dustağı ölüb

Hadisə Materials 23 Oktyabr 2012 10:18 (UTC +04:00)
Nasistlərin Osvensim əsir düşərgəsinin sağ qalmış dustaqlarından biri Antoni Dobrovolski 108 yaşında Polşada vəfat edib.
Osventsimin ən qoca dustağı ölüb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Nasistlərin Osvensim əsir düşərgəsinin sağ qalmış dustaqlarından biri Antoni Dobrovolski 108 yaşında Polşada vəfat edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi yerli "PolskaTimes" qəzetinə istinadən xəbər verir.

"Osvensim" muzeyinin nümayəndəsi Adam Sır qəzetə bildirib ki, Dobrovolski Polşanın Velbuj şəhərində dünyaya gəlib. İkinci Dünya müharibəsinə kimi o, müəllim işləyib. Polşanın faşistlər tərəfindən işğalından sonra o, ibtidai məktəbdə şagirdlərə gizli mühazirələr oxuyub. Həmin mühazirələr işğalçı administrasiya tərəfindən qadağan edilmişdi.

1942-ci ildə gestapo Dobrovolskini həbs edir. Sonralar o, Radom təcridxanasından Osvensim ölüm düşərgəsinə köçürülür. Bu düşərgə Auşvits adı ilə də məşhur idi. Daha sonralar onu Almaniyadakı Zaksenhauzen düşərgəsinə aparırlar. 1945-ci ilin yazında sovet ordusu əsir düşərgəsinin bütün dustaqlarını azad edir. Onların arasında Dovrovolski də olur.

Müharibədən sonra o, Dembno şəhərində məktəb direktoru işləyir. Pensiyaya çıxdıqdan sonra ömrünün sonuna kimi burada yaşayır.

Qeyd edək ki, Polşanın eyniadlı şəhəri yaxınlığında yerləşən Osvensim əsir düşərgəsi İkinci Dünya müharibəsi illərində ən məşhur düşərgələrdən biri idi. Burada 1,3 milyona yaxın insan həlak olmuşdu. 1947-ci ildə keçmiş düşərgənin ərazisində sonralar YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilən muzey yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti