...

Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığında yenidən ağır yol qəzası baş verib (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 25 Oktyabr 2012 11:16 (UTC +04:00)
Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığında tunelin girişində ağır qəza baş verib, nəticədə həmin ərazidə böyük tıxac yaranıb.
Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığında yenidən ağır yol qəzası baş verib (ƏLAVƏ OLUNUB) (FOTO)

(İlk xəbər saat 11.06-da yayılıb. Üçüncü abzas əlavə edilib)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir E.İsmayılov,İ.İsabalayeva /

Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığında tunelin girişində ağır qəza baş verib, nəticədə həmin ərazidə böyük tıxac yaranıb. Bu barədə Trend-in müxbiri hadisə yerindən məlumat verib.

Hadisə zamanı "Toyota Prado" və "Volkswagen Golf" avtomobilləri toqquşub.Hadisə yerinə təcili yardım briqadaları gəlib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildirilib ki, hadisə nəticəsində bir nəfər polis işçisi yaralanıb. Həmin şəxs Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 24-də axşam saatlarında Bakının Yasamal rayonu ərazisində "Mercedes", "VAZ", "Opel","Tofaş" markalı minik avtomobilləri, "Qazel", "Ford" markalı yük avtomobilləri, "Mercedes" markalı sərnişin avtobusu və "Hyundai" markalı mikroavtobus zəncirvari toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, "Mercedes" markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti