...

Yaponiyada 4,9 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 24 Noyabr 2012 14:11 (UTC +04:00)
Bu gün Yaponiyanın paytaxtı Tokio ilə sərhəddə yerləşən Tiba prefekturasında 4,9 bal gücündə zəlzələ baş verib.
Yaponiyada 4,9 bal gücündə zəlzələ baş verib

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Bu gün Yaponiyanın paytaxtı Tokio ilə sərhəddə yerləşən Tiba prefekturasında 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yaponiya Meteoroloji Agentliyi tərəfindən mümkün sunami barədə xəbərdarlıq elan edilməyib.

Yeraltı təkanlar yerli vaxtla saat 17:59-da qeydə alınıb. Zəlzələnin episentri 80 kilometr dərinlikdə olub.

Zəlzələ 23 paytaxt dairəsi ərazisində hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti