...

Şirvanda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 26 Noyabr 2012 10:16 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib.
Şirvanda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Şirvanda yaşayış evində partlayış olub, xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib.

Nəticədə mənzilin eyvanının şüşələri qırılıb, evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Partlayış zamanı yanğın hadisəsi olmayıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti