...

Türkiyə ordusu PKK-nın daha bir səhra komandirini məhv edib

Hadisə Materials 26 Noyabr 2012 11:41 (UTC +04:00)
Türkiyə ordusunun Diyarbəkir vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) daha bir komandiri məhv edilib.
Türkiyə ordusu PKK-nın daha bir səhra komandirini məhv edib

Azərbaycan, Bakı, 26 noyabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyə ordusunun Diyarbəkir vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) daha bir komandiri məhv edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Milliyət" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, xüsusi əməliyyat zamanı Rojad ləqəbli səhra komandiri ilə yanaşı, daha beş PKK yaraqlısı məhv edilib.

Bundan əvvəl Türkiyənin "Haberturk" qəzeti xəbər vermişdi ki, xüsusi əməliyyatlar zamanı PKK silahlı dsətələrinin iki səhra komandiri - Boran ləqəbli İnan Kaymaz və Həsən Denktaş (Ruhat) öldürülüb.

PKK yaraqlılarının fəallaşması ilə əlaqədar Türkiyə ordusu yenidən onlara qarşı hərbi əməliyyatlara başlayıb.

2012-ci ilin doqquz ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin müxtəlif rayonlarında apardığı xüsusi əməliyyatlar nəticəsində 716 yaraqlıdan 496-sı məhv edilib, 21 terrorçu yaralanıb, 44-ü saxlanılıb və 155 terrorçu könüllü olaraq təslim olub.

2012-ci ilin on ayı ərzində Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən PKK yaraqlılarına qarşı altı irimiqyaslı və 19 lokal əməliyyat aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti