...

Sabirabadda maye qaz daşıyan yük maşını aşıb

Hadisə Materials 28 Noyabr 2012 10:50 (UTC +04:00)
Qəza nəticəsində xəsarət alan olmayıb.
Sabirabadda maye qaz daşıyan yük maşını aşıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sabirabadda maye qaz daşıyan yük maşını aşıb.

Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə yanacaq doldurmaq üçün girən yük maşını çuxura düşüb və aşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xialsediciləri, yanğınsöndürənlər cəlb olunublar.

Təhlükəsizlik məqsədilə yaxınlığdakı kollecin tələbələri ərazidən evakuasiya ediliblər.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti