...

Bakı-Şamaxı yolunda KAMAZ mikroavtobusla toqquşub, xəsarət alanlar var

Hadisə Materials 5 Dekabr 2012 14:40 (UTC +04:00)
Bakı-Şamaxı yolunda KAMAZ mikroavtobusla toqquşub, xəsarət alanlar var.
Bakı-Şamaxı yolunda KAMAZ mikroavtobusla toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı yolunda KAMAZ mikroavtobusla toqquşub, xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı yolunda, Qobustan rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vita" markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücü yaralanıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin Yanğınsöndürən-xilasediciləri xüsusi alət və avadnlıqlar vasitəsilə yaralını mikroavtobusdan çıxarıb və hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib.

Mikroavtobusda yaralı vəziyyətdə olan 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Qobustan rayon Mərkəzi xəstəxanasına aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti