...

İranda müəllimləri aparan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Hadisə Materials 11 Dekabr 2012 10:21 (UTC +04:00)
Bu gün səhər yerli vaxtla saat 06:30 radələrində İranın Çaharmahal və Bəxtiyari əyalətinin Şəhrkord şəhərindən Lordegan şəhərinə gedən istiqamətdə müəllimləri aparan avtobusla benzin daşıyan avtomobil toqquşub.
İranda müəllimləri aparan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər yerli vaxtla saat 06:30 radələrində İranın Çaharmahal və Bəxtiyari əyalətinin Şəhrkord şəhərindən Lordegan şəhərinə gedən istiqamətdə müəllimləri aparan avtobusla benzin daşıyan avtomobil toqquşub. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə nəticəsində müəllimlərdən üçü həlak olub, 21 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti