...

Bakıda Bolqarıstan vətəndaşının mənzilində partlayış olub, xəsarət alan var

Hadisə Materials 12 Dekabr 2012 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Bolqarıstan vətəndaşının mənzilində partlayış olub, xəsarət alan var.

Trend-in Fövqəladə hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda Bolqarıstan Respublikasının vətəndaşının kirayə götürdüyü ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzildə partlayış baş verib.

Partlayış nəticəsində mənzildə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtilama görə, partlayışa qaz sızması səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti