...

Bakıda qızıl oğrusu tutulub

Hadisə Materials 14 Dekabr 2012 12:32 (UTC +04:00)
Bakıda qızıl-zinət əşyaların oğurluğunda günahlandırılan şəxs tutulub.
Bakıda qızıl oğrusu tutulub

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda qızıl-zinət əşyalarının oğurluğunda günahlandırılan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Anar Həsənov tutulub.

O, 2011-ci il aprelin 15-də M.Ağayev küçəsində yaşayan Rasimə Qurbanovanın evindən açarseçmə yolu ilə qızıl-zinət əşyaları və ərzaq malları, bu il fevral ayının 15-nə keçən gecə N.Abdullayev küçəsində yaşayan Rasim Əliyevin evindən pəncərədən keçmə yolu ilə 950 manat və qızıl-zinət əşyaları, noyabrın 27-dən 29-dək olan müddətdə Buzovna qəsəbəsi Xətai küçəsində yaşayan Afiq Yusifovun evindən açarseçmə yolu ilə qızıl-zinət əşyaları, dekabrın 9-da isə M.Ağayev küçəsində yaşayan Telman Əsədovun evindən pəncərədən keçmə yolu ilə pul və qızıl-zinət əşyaları oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti