Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda orta məktəbdən oğurluq etmiş şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, manitor və printer oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov dekabrın 16-da tutulublar.