...

Türkiyədə məktəb avtobusu aşıb, yaralananlar var

Hadisə Materials 18 Dekabr 2012 13:03 (UTC +04:00)
Türkiyənin Alanya şəhərində bu gün səhər saatlarında məktəb avtobusu aşıb.
Türkiyədə məktəb avtobusu aşıb, yaralananlar var

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Alanya şəhərində bu gün səhər saatlarında məktəb avtobusu aşıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Yol qəzasında 22 məktəbli yaralanıb, onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti