Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir T.Cəfərov/
Ötən gün İranın Təbəs şəhərində daş kömür mədənində baş vermiş partlayışda ölənlərin sayı artıb. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.
Məlumata əsasən, 14 saatdan çox davam edən axtarışlardan sonra dağıntılar altında qalan digər fəhlələrin cəsədləri çıxarılıb. Ölənlərin sayı 8 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün İranın Təbəs şəhərinin "Yal Şimali" (Şimal dağları) daş kömür mədənində yerli vaxtla saat 04:00 radələrində baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olmuş, 5 nəfər isə dağıntılar altında qalmışdı.
Axtarış-xilasetmə işləri başa çatıb.