...

Azərbaycanda 2013-cü ilin ilk günlərində 5 yol qəzası olub, 2 nəfər ölüb

Hadisə Materials 3 Yanvar 2013 14:46 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin ilk günlərində 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Azərbaycanda 2013-cü ilin ilk günlərində 5 yol qəzası olub, 2 nəfər ölüb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2013-cü ilin ilk günlərində 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü ilin ilk saatlarında - saat 01:30 radələrində Sabunçu rayonu ərazisində İmran Yaqubov "Daewoo" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücünün sərnişini - əmisi Əfqan Yaqubov hadisə yerində ölüb, özünə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Yanvarın 1-də saat 17:00 radələrində isə Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində Gəncə şəhər sakini Səbuhi Dəmirov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Şəmkir rayon sakini Tanrıverdi Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Əliyev orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti