Azərbaycan, Bakı, 5 yanvar /Trend müxbir M.Əliyev/
Yanvarın 4-də gündüz saatlarında Qəbələ rayonunun Yenikənd kəndi ərazisində kənd sakini Eyvaz Məmmədov "QAZ-53" markalı avtomaşını idarə edərkən onu Qaraçay çayına aşırıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə sərnişinlərdən Hikmət İsmayılov hadisə yerində ölüb, xəsarət almış digər sərnişinlərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.