...

Bakıda istifadə müddəti bitmiş tikinti malları satan şəxs aşkar olunub

Hadisə Materials 14 Yanvar 2013 14:51 (UTC +04:00)
Suraxanıda istifadə müddəti bitmiş tikinti malları satan şəxs aşkar olunub.
Bakıda istifadə müddəti bitmiş tikinti malları satan şəxs aşkar olunub

Azərbaycan, Bakı, 14 yanvar / Trend müxbir M.Əliyev/

Suraxanıda istifadə müddəti bitmiş tikinti malları satan şəxs aşkar olunub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki "Bülbülə" mağazasının sahibi, Ramiz Nəbiyev alıcı Fuad Həmidova yararlılıq və istifadə müddəti bitmiş 56 manat dəyərində boyalar sataraq onu aldadıb.

Mağazaya baxış zaman əlavə olaraq 1040 manat dəyərində istifadə müddəti bitmiş 10 adda müxtəlif tikinti malları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti