...

Azərbaycanda iki qadın intihar edib

Hadisə Materials 21 Yanvar 2013 10:22 (UTC +04:00)
Azərbaycanda iki qadının meyiti asılmış vəziyyətdə aşkar edilib.
Azərbaycanda iki qadın intihar edib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət /

Azərbaycanda iki qadının meyiti asılmış vəziyyətdə aşkar edilib.

Daşkəsən rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Daşkəsən şəhər İsmət Qayıbov küçəsi ev 31, mənzil 21 ünvanında yaşayan 1947-ci il təvəllüdlü Nedolivko Qalina Konstantinovna yaşadığı mənzilin mətbəxində özünü asıb.

Nedolivkonun meyiti yanvarın 20-si saat 14:00 radələrində aşkar edilib.

İntiharın səbəbi məlum deyil.

Daha bir intihar hadisəsi isə Sabirabad rayonunda qeydə alınıb.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Şəhriyar kənd sakini 1982-ci il təvəllüdlü Güləliyeva Tünzalə Hacıağa qızı yanvarın 20-də özünü evinin eyvanından asıb.

Hələlik intiharın səbəbi məlum deyil.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddiə çatdırma) maddəsi ilə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti