...

Gəncədə kişi həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirib

Hadisə Materials 28 Yanvar 2013 09:54 (UTC +04:00)
Yanvarın 28-də gecə saatlarında Gəncədə həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirən şəxs polisə təslim olub.
Gəncədə kişi həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 28-də gecə saatlarında Gəncədə həyat yoldaşını mətbəx bıçağı ilə qətlə yetirən şəxs polisə təslim olub.

Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 28-də gecə saat 2:00 radələrində Gəncə şəhəri 3-cü mikrorayon, ev 12A, mənzil 2 ünvanında yaşayan 1990-cı il təvəllüdlü Babayev Ramin Əli oğlu həyat yoldaşı 1989-cu il təvəllüdlü Mayılova Təhminə Elxan qızını mətbəx bıçağı ilə boyun nahiyəsindən vuraraq qətlə yetirib.

Qətli törədən Babayev daha sonra polisə gələrək könüllü təslim olub və törətdiyi əməli səmimi etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti