...

Ankarada ABŞ səfirliyində güclü partlayış olub, ölənlər var (ƏLAVƏ OLUNUB-5) (VİDEO)

Hadisə Materials 1 Fevral 2013 15:34 (UTC +04:00)
ABŞ-ın Ankaradakı səfirliyinin girişində, viza bölməsində güclü partlayış olub. Bu barədə Trend cümə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.
Ankarada ABŞ səfirliyində güclü partlayış olub, ölənlər var (ƏLAVƏ OLUNUB-5) (VİDEO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Tağıyeva/

ABŞ-ın Ankaradakı səfirliyinin girişində, viza bölməsində güclü partlayış olub. Bu barədə Trend cümə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.

"Hürriyyət" qəzetinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

İlkin versiyaya görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. Xeyli sayda xəsarət alanın olduğu bildirilir.

Əvvəlcə məlumat verilmişdi ki, partlayış binanın qarşısında baş verib.

Türkiyə polisi partlayışın "əl-Qaidə" təşkilatından olan terrorçu-intiharçı tərəfindən törədildiyini istisna etmir. Belə ki, bu yaxınlarda İstanbulda təşkilatın sabiq lideri Üsamə ben Ladenin kürəkəni saxlanılmışdı.

Qeyd edək ki, səfirlik Türkiyə parlamentindən 100 metr aralıda yerləşir.

Video Player
Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti