...

Şimali Kiprdə baş vermiş yol qəzasında Azərbaycan vətəndaşları xəsarət alıblar

Hadisə Materials 18 Fevral 2013 13:32 (UTC +04:00)
Azərbaycan vətəndaşları Şimali Kipr Türk Respublikasında ağır yol qəzasına düşüblər.
Şimali Kiprdə baş vermiş yol qəzasında Azərbaycan vətəndaşları xəsarət alıblar

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan vətəndaşları Şimali Kipr Türk Respublikasında ağır yol qəzasına düşüblər. Bu barədə Trend bazar ertəsi "Kıbrıs Gazetesi"nə istinadən məlumat verir.

İki avtomobilin toqquşması nəticəsində Azərbaycan vətəndaşları Azər Tanrıverdizadə (17 yaş), Emin Kərmov (19) və Tamerlan Rzayev (18), həmçinin bu ölkənin vətəndaşı Mələk Erhalaç (60) xəsarət alıblar.

Məlumata görə, Tanrıverdizadənin vəziyyəti olduqca ağır qiymətləndirilir. Xəsarət alanlar Qazimağusa rayon xəstəxanasına çatdırılıblar. Digər xəsarət alanların vəziyyəti sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti