...

“Elit” Ticarət Mərkəzində yanğın söndürülüb (FOTO)

Hadisə Materials 2 Mart 2013 14:41 (UTC +04:00)
“Elit” Ticarət Mərkəzində yanğın başlayıb.Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Elit” Ticarət Mərkəzində yanğın söndürülüb (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/

"Elit" Ticarət Mərkəzində yanğın başlayıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Hazırda yanğının qarşısı alınır.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətindən Trend-ə bildiriblər ki, yanğınla bağlı yüksək çağırış elan olunmayıb. Artıq yanğın söndürülüb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, yanğın zamanı hər hansı xəsarətin olması barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti