...

Şamaxıda canavarların hücumu mal-qaranın kütləvi tələfatı ilə nəticələnib

Hadisə Materials 11 Mart 2013 14:07 (UTC +04:00)
Şamaxıda canavarların hücumu mal-qaranın kütləvi tələfatı ilə nəticələnib. Trend EL TV-yə istinadən xəbər verir ki, Şamaxı rayonu Hacıqədirli kəndində fərdi heyvandarlıq təsərrüfatına canavarların hücumu olub.
Şamaxıda canavarların hücumu mal-qaranın kütləvi tələfatı ilə nəticələnib

Azərbaycan, Bakı, 11 mart /Trend/

Şamaxıda canavarların hücumu mal-qaranın kütləvi tələfatı ilə nəticələnib. Trend EL TV-yə istinadən xəbər verir ki, Şamaxı rayonu Hacıqədirli kəndində fərdi heyvandarlıq təsərrüfatına canavarların hücumu olub. Hadisə İsmayılov Elsəvərə məxsus fermada baş verib. Canavarların hücumu zamanı xeyli sayda qoyun-quzu məhv olub.

Təsərrüfat sahibinin sözlərinə görə,belə kütləvi təlafat indiyə qədər olmayıb. 350 qoyun-quzudan təqribən 180-i salamat qalıb. Yaralı qoyun-quzudan istifadə etmək isə artıq mümkün deyil. Fermada çobanlıq edən şəxslər deyiblər ki, onlara silahdan istifadə etmək icazəsi olmadığından, canavarların hücumundan nə özlərini, nə də mal-qaranı qoruya bilmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti