...

Bakıda avtomobil qəzası ər-arvadın həyatına son qoydu

Hadisə Materials 18 Mart 2013 11:52 (UTC +04:00)
Bakıda iki avtomobilin toqquşması bir ailənin faciəsi ilə nəticələnib.
Bakıda avtomobil qəzası ər-arvadın həyatına son qoydu

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bakıda iki avtomobilin toqquşması bir ailənin faciəsi ilə nəticələnib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata əsasən, martın 16-da saat 22:40 radələrində Afiyəddin Cəlilov küçəsində Təvəkkül Həsənovun idarə etdiyi "Mersedes" və Fərid Eminovun idarə etdiyi "Dodge" markalı avtomobillər toqquşub.

Nəticədə Təvəkkül Həsənov və sərnişin, həyat yoldaşı Yeganə Rəsul qızı hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti