...

Sabirabadda üç avtomobil toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 22 Mart 2013 15:15 (UTC +04:00)
Sabirabad rayonu, Bulaqlı kəndi ərazisində 2 “VAZ” və 1 “Mercedes” markalı 3 minik avtomobili toqquşub.
Sabirabadda üç avtomobil toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 22 mart /Trend/

Sabirabad rayonu, Bulaqlı kəndi ərazisində 2 "VAZ" və 1 "Mercedes" markalı 3 minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes" markalı minik avtomobilində 1 nəfər, "VAZ" markalı minik avtomobillərində isə 4 nəfər yaralı və 1 nəfərin meyiti sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış meyiti və yaralıları nəqliyyat vasitələrindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti