...

Həbsxanaya konserv qutusunda telefon keçirmək istəyinin qarşısı alınıb

Hadisə Materials 26 Mart 2013 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1977-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29-cu maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavid Zəbulla oğlu İbadovun yanına qisa müddətli görüşə gəlmiş qardaşı Nurlan Zəbulla oğlu İbadovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış keçirilən zaman balıq konservlərinin işərisində gizlədilmiş, sellofan torbaya bükülmüş 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatı, 2 (iki) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısının birləşdirici naqilləri və 2 (iki) ədəd mobil telefon üçün "Nokia" markalı qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti