Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Şəmkirdə bir nəfər özündən 20 yaş böyük həmkəndlisini qətlə yetirib.
Şəmkir Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 27-də Şəmkir rayon Günəşli kənd sakini, 1993-cü il təvəllüdlü Mustafayev Şirin Fərman oğlu yaşadığı kənddə həmkəndlisi, 1973-cü il təvəllüdlü Süleymanov Natiq Yaqub oğluna bıçaqla 2 dəfə zərbə endirərək onu qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəllləsinin 120.1-ci (Qəsdən adam öldürmə; Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.