Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhər sakinləri olan ər və arvad dəm qazından zəhərlənərək ölüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 27-də Sumqayıt şəhəri "Qurd Dərəsi" adlandırılan bağlar yaşayış sahəsində yaşayan şəhər sakinləri Babək Aslanov və arvadı Arzu mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.