...

Türkiyənin Adana vilayətində polis məntəqəsinə silahlı basqın olub

Hadisə Materials 30 Mart 2013 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Adana vilayətində naməlum şəxslər polis məntəqəsinə silahlı basqın ediblər. Bu barədə Trend Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən məlumat verir.

Silahlı basqın nəticəsində bir polis işçisi yaralanıb.

Adana valisi Hüseyn Avni Coş silahlı basqının terror təşkilatı ilə əlaqəsi olmadığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti