...

Cəlilabad rayonu ərazisində minik və yük avtomobilləri toqquşub, ölən var

Hadisə Materials 4 Aprel 2013 09:33 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Cəlilabad rayonu ərazisində Ələt-Astara yolunun 133-cü kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub.
Cəlilabad rayonu ərazisində minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Cəlilabad rayonu ərazisində minik və yük avtomobilləri toqquşub, ölən var.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Cəlilabad rayonu ərazisində Ələt-Astara yolunun 133-cü kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər müvafiq qaydada deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:49-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti