Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir R.Hafizoğlu/
Suriyanın paytaxtı Dəməşqdə aviazərbələr nəticəsində, ümumilikdə 20 uşaq həlak olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Telekanalın məlumatına görə, Suriya şəhərlərində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 3 mindən çox uşaq həlak olub. Suriyanın Homs şəhərində həlak olan uşaqların sayı 700-ü keçir.