...

Bakıda bağ evində əxlaqsızlıq yuvası aşkarlandı

Hadisə Materials 22 Aprel 2013 14:52 (UTC +04:00)
Lənkəran sakini Maştağada əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar saxlanılıb.
Bakıda bağ evində əxlaqsızlıq yuvası aşkarlandı

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir İ.İzzət/

Lənkəran sakini Maştağada əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki,

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Rabil Abbasov Maştağa qəsəbəsi Albalılıq bağlar yaşayış sahəsindəki bağ evində əxlaqsızlıq yuvası saxlaması və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar saxlanılıb.

Faktla bağlı araşdırma aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti