Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:01-də yayılıb)
Azərbaycan, Bakı, 1 may /Trend/
Mahaçqalada partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, xəstəxanaya çatdırılan yaralılardan biri ölüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.
Daha əvvəl iki uşağın öldüyü, iki nəfərin isə xəsarət aldığı bildirilirdi.
"Ölənlərin sayı üç nəfərə qədər artıb. İki uşaqla yanaşı, xəstəxanada bir kişi də vəfat edib", - mənbə bildirib.
Partlayış Mahaçqalada İrçi Kazak və Yarak küçələrinin kəsişməsində, mərkəzi bazardakı mağazanın yaxınlığında baş verib.