Azərbaycan, Bakı, 3 may /Trend/
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) Çuy bölgəsi üzrə Operativ İdarəsi Qırğızıstan-Qazaxıstan sərhədində Çaldovar yaşayış məntəqəsi ərazisində ABŞ-ın yanacaq dolduran təyyarəsinin qəzaya uğraması barədə yayılan məlumatı təsdiq edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Bəli, təyyarə qəzaya uğrayıb", - İdarənin operativ növbətçisi deyib.
Onun sözlərinə görə, hadisə yerinə operativ qrup yollanıb. Təyyarənin qəzaya uğradığı dəqiq yer hələ məlum deyil.