Azərbaycan, Bakı, 8 may /Trend/
İtaliyanın Genuya liman şəhərində gəminin nəzarət qülləsinə çırpılması nəticəsində 3 nəfər ölüb, ən azı 4 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi yerli KİV-ə istinadən məlumat verir.
Gəminin çırpıldığı bina qismən suya batıb və 45 dərəcə yana əyilib. Binada təqribən 10 nəfər olub.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.