Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Tağıyeva/
Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 49-a çatıb. Bu barədə Trend bazar ertəsi "CNN Türk" telekanalına istinadən məlumat verir.
Daha əvvəl verilmiş məlumatda isə ölənlərin 46 nəfər olduğu bildirilirdi. Bu gün müəyyən edilib ki, terror aktı nəticəsində yaralanan üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda teror aktları nəticəsində zərər görmüş inzibati bina və evlərin bərpası işləri aparılır.