Azərbaycan, Bakı, 23 may /Trend/
Rumıniyanın paytaxtı Buxarest şəhərində baş vermiş fırtına nəticəsində 18 nəfər xəsarət alıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Andra Çesaru fırtına nəticəsində 18 nəfərin yaralandığını bildirib: "Yaralılar xəstəxanaya yerləşdiriliblər".
Saatlarla davam edən fırtına xeyli sayda ağac və reklam lövhələrinin aşmasına, elektrik verilişində məhdudiyyətlərə səbəb olub.