...

Bərdədə tapılmış meyitin şəxsiyyəti məlum olub

Hadisə Materials 29 May 2013 12:42 (UTC +04:00)
Yuxarı Qarabağ kanalından tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.
Bərdədə tapılmış meyitin şəxsiyyəti məlum olub

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Yuxarı Qarabağ kanalından tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Qarayusifli kəndinin ərazisindən keçən hissəsində tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

O, Kəlbəcər rayon sakini Nemət Məmmədov olub.

Faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti