...

20 minə yaxın nümayişçi Ankarada etiraz aksiyası keçirir

Hadisə Materials 2 İyun 2013 03:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Təxminən 20 minə yaxın nümayişçi Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı etiraz aksiyasını keçirir. Bu barədə Trend Hurriyet qəzetinə istinadən şənbə günü məlumat verir.

Qəzetin bildirdiyinə görə, nümayişçilərin sayı hər dəqiqə artır.

Ankara qubernatoru Ələddin Yükselin göstərişinə əsasən, baş nazirin binasının mühafizəsi üçün hərbi bölmələr gəlib.

Ankaradakı aksiya artıq 5 gün davam edən İstanbul nümayişinə həmrəylik mitinqi kimi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti