...

Zaqatalada sürücü bir gündə iki hadisə törədib: ölən və xəsarət alanlar var

Hadisə Materials 25 İyun 2013 15:47 (UTC +04:00)
Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Zaqatalada sürücü bir gündə iki hadisə törədib: ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İzzət/

Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 24-də saat 23.00 radələrində Zaqatala rayonu ərazisində rayon sakini Fərid İbrahimov idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla yolu keçən həmyerlisi Zümrüd Osmanovanı vurub hadisə yerindən qaçıb.

Sonradan F.İbrahimov rayon ərazisində avtomaşını idarə edərkən həmyerlisi Rövşən Mustafayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla toqquşub.

Nəticədə xəsarət almış Z.Osmanova, R.Mustafayev və sərnişiləri, arvadı Xəyalə, qızı Sevdayə, habelə F.İbrahimov və onun sərnişini Orxan Quliyev xəstəxanaya yerləşdiriliblər. Xəyalə orada ölüb.

Faktla əlaqədar Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti