Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/
Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.
Xaçmaz Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 3-də Xaçmaz rayon Xanlıqoba kənd sakini 1976-cı il təvəllüdlü Mehman İskəndərov yaşadığı evdə özünü iplə asaraq intihar edib.
Hələlik intiharın səbəbi bilinmir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.