...

Bakıda mənzildə yanğın olub, otağın tavanı dağılıb

Hadisə Materials 7 İyul 2013 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Bakıda mənzildə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 9 kv.m olan otaqda "LG" markalı kondisioner və bir ədəd kompüter yanıb.

Yüksək temperaturdan 4 kv.m sahədə tavan dağılıb. Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti