...

Bərdədə kişi keçmiş həyat yoldaşını güllələyərək öldürdü

Hadisə Materials 17 İyul 2013 09:42 (UTC +04:00)
Bərdədə keçmiş ər-arvad arasında qanlı olay baş verib.
Bərdədə kişi keçmiş həyat yoldaşını güllələyərək öldürdü

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Bərdədə keçmiş ər-arvad arasında qanlı olay baş verib.

Bərdə rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 16-da saat 22:00 radələrində 1970-ci il təvəllüdlü Alişan Ahmədov Bərdə şəhərində yaşayan keçmiş həyat yoldaşı 1977-ci il təvəllüdlü Yasəmən Dadadşovanın yaşadığı evinə gələrək ona qoşalülə ov tüfəngi ilə atəş açıb.

Yasəmən Dadaşova aldığı güllə yarasından hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti