...

Xaçmazda kişi keçmiş arvadını dəmir parçası ilə öldürüb

Hadisə Materials 17 İyul 2013 13:26 (UTC +04:00)
Xaçmaz rayonunun Xudat şəhər sakini keçmiş arvadına baş nahiyəsindən ölümcül xəsarət yetirib.
Xaçmazda kişi keçmiş arvadını dəmir parçası ilə öldürüb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Xaçmaz rayonunun Xudat şəhər sakini keçmiş arvadına baş nahiyəsindən ölümcül xəsarət yetirib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 16-da Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Şahin Bağırov aralarında baş vermiş münaqişə zəminində keçmiş arvadı Pərvanəyə dəmir parçası ilə baş nahiyəsindən xəsarət yetirib. Pərvanə aldığı xəsarətdən hadisə yerində ölüb.

Ş.Bağırov könüllü olaraq Xaçmaz Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti