...

FHN hərbçiləri daşıyan avtobusun qəzaya uğraması ilə bağlı rəsmi məlumat yaydı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 İyul 2013 17:02 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.
FHN hərbçiləri daşıyan avtobusun qəzaya uğraması ilə bağlı rəsmi məlumat yaydı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, "112" Çevik reaksiya idarəsinə daxil olan məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy yolunun 4-cü km-də, Yasamal aşırımında yol qəzası baş verib. Hərbçiləri daşıyan "PAZ" markalı avtobus Canbulaq Əmrahovun idarə etdiyi "Toyota Land Cruiser" markalı minik maşını ilə toqquşub və aşıb.

İlkin ehtimala görə, avtobus Şəmkir Hərbi Birləşməsinə məxsusdur. Avtobusun içərisində 8 hərbi qulluqçu olub. Onlardan biri kapitan Elxan Əliyev dünyasını dəyişib. 5 yaralı isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Şəmkir hərbi hospitalına yerləşdirilib. Onlardan 35 yaşlı Abbasov Elşad Salman oğlunun və 41 yaşlı Əsədov Midhəd Tələt oğlunun vəziyyəti ağırdır. Digər yaralıların şəxsiyyəti müəyyənləşdirilib.

Hərbi Prokurorluğun və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti