Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/
Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb və Bakı BPİ MTM-ə təhvil verilib.
Saxlanılanlardan 7-si qadın, 39-u isə azyaşlıdır.