Azərbaycan, Bakı, 11 avqust /Trend/
Bakıda evdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 2 otaqlı evin 1 otağında 1 ədəd kompüter və masa yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.