...

Bakıda odlu silahla qətl törədilib

Hadisə Materials 3 Sentyabr 2013 10:20 (UTC +04:00)
Bakının Nizami rayonunda qətl törədilib.
Bakıda odlu silahla qətl törədilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakının Nizami rayonunda qətl törədilib.

Nizami rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, 1982-ci təvəllüdlü Keşlə qəsəbə sakini Fərəcov Elçin Avtandil oğlu 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tərəfindən odlu silahla qətlə yetirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti