...

Zibildaşıyan maşın yolun ortasına aşdı, Sumqayıtdan Bakıya girişdə tıxac yaranıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 20 Sentyabr 2013 09:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İzzət/

Sumqayıt-Bakı yolunda, "Bakı" Peşəkar Futbol Klubunun bazasının qarşısında zibildaşıyan maşının aşması nəticəsində hazırda paytaxta giriş yolunda böyük tıxac yaranıb. Bu barədə Trend-ə hadisə yerində olan şahidlər məlumat verir.

Məlumata görə, zibildaşıyan maşın ilk öncə yolun ortasında maneə çırpılıb, sonra təxminən 200 metr getdikdən sonra yolun ortasına aşıb. Bir müddətdən sonra avtomobil yolun kənarına çəkilsə də, hazırda 3-4 kilometr uzunluğunda tıxac yaranıb.

Yol polisi əməkdaşları tıxacın aradan qaldırılması üçün müvafiq işlər görürlər.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən də Trend-ə bildiriblər ki, Bakı-Sumqayıt şossesində Beynəlxalq Avtovağzalın yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermişdir. Hazırda bu yolda (Sumqayıt istiqamətində) tıxac müşahidə olunmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti