...

Gəncə sakini narkotik satarkən yaxalanıb

Hadisə Materials 3 Oktyabr 2013 01:08 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Cəfərov 40 qram marixuananı şərti alıcıya satarkən tutulub.
Gəncə sakini narkotik satarkən yaxalanıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Cəfərov 40 qram marixuananı şərti alıcıya satarkən tutulub.

Qurumun rəis müavin Rafael İsmayılovun bildirdiyinə görə, Namiq Cəfərovun evinə baxış keçirən polis əməkdaşları onun mənzilindən 16 kiloqram 740 qram marixuana aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti