...

Bakı-Qazax yolunda ağır qəza baş verib, 1 nəfər ölüb

Hadisə Materials 14 Oktyabr 2013 02:20 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda Bakı-Qazax yolunun 133-cü kilometrliyində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Bakı-Qazax yolunda ağır qəza baş verib, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda Bakı-Qazax yolunun 133-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Trend-in məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1973-cü il təvəllüdlü Saatov Nəriman Ağaveyis oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Saatovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti